Birja Balansı

müəyyən zaman müddətində birjanın aktiv və passivlərini xarakterizə edən göstəricilər haqqında ümumiləşdirilmiş məlumatı əks etdirən mühasibat balansı.
Birja Arbitrajı
Birja Bankı
OBASTAN VİKİ
Birja
Birja (lat. bursa, pul kisəsi; ing. exchange) — səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlər ilə mütəşəkkil ticarət yeri. Burada bazar iştirakçıları müvafiq aktivlərin, həmçinin standartlaşdırılmış müqavilə və xidmətlərin alışını və satışını ya öz adlarından, ya da müştərilərin maraqlarından çıxış etməklə həyata keçirirlər. Təşkilati cəhətdən xüsusi qayadada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. Birja — əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar. Birja — qanunvericiliklə müəyyən edilmiş qaydada marağı olan hüquqi və fiziki şəxslər tərəfindən könüllü pay əsasında yaradılmış təşkilatdır. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul edilmiş qərar əsasında yaradılır.
Birja ajiotajı
Birja ajiotajı (fr. agiotage sözündən) — kapitalist birja və bazarlarında ehtikar qızğınlığı. Onun yayılması ildə milyardlarla dollar dəyərində olduğuna inanılır. Bir çox birja ajiotajı milli birjada siyahıya alınmayan və digər xüsusi meyarlara cavab verməyən penni-stoklardır.
Birja brokeri
Birja brokeri — birjada işləyən şəxs. Alıcı və satıcı arasında vasitəçi kimi çıxış edir. == Tarixi == Birinci Dünya müharibəsi illərində Kiyevdəki birjada yerli müəssisələrin və digər şəhərlərdəki iri metallurgiya zavodlarının səhmləri böyük əhəmiyyət kəsb edirdi. Əməliyyatların aparılmasında birja maklerləri iştirak edirdilər, onlara hofbroker, habelə birja notariusu rəhbərlik edirdi. Birja binasının aşağı mərtəbəsində brokerlərin öz ofisləri var idi, üzərində üzərində "Stock Broker" yazılmış lövhələr var idi. Bəzi brokerlərin birjadan kənarda yerləşən şəxsi xarakterli başqa ofisləri var idi. Bu ofislərdə maklerlər öz vəsaitləri hesabına əməliyyatlar aparırdılar. Birja maklerlərinin ofislərinin pəncərələrində çox vaxt satdıqları kağızların nümunələri olurdu.. Birja dəllalının sövdələşməsi zamanı hər iki tərəf ona komissiya ödəyirdi. Əmtəə əməliyyatları üzrə broker hər iki tərəfdən rubldan 1/4 qəpik alırdı.
Birja möhtəkirliyi
Birja əməliyyatları
Birja əməliyyatları Birja əməliyyatları dedikdə, birja əmtəəsi (qiymətli kağızlar və ya digər maliyyə aktivləri, əmtəələr) ilə birjada edilən müxtəlif əməliyyatlar başa düşülməlidir. Bu əmə­liyyatlara birja əmtəəsinin alqısı və satqısı, listinq və delistinq, opsion, forvard və fyüçers kontraktlarının bağlanması, əmtəənin qiymətləndirilməsi (kotirovkası), girov, hesablaşma, klirinq, konsaltinq, qiymətli kağızların saxlanılması və təqdim edilməsi kimi fəaliyyət növlərini aid etmək olar. Bütün bu əməliyyatların keçirilməsi üzrə qaydalaşdırılmış fəaliyyət birja əməliyyatları mexanizmini müəyyən edir. Bu mexanizm birja əməliyyatlarının subyektlərinin, obyektlərinin və bilavasitə birja fəaliyyətinin həyata keçirilməsi prosesinin mövcudluğunu nəzərdə tutur. Birja əqdlərinin əsas tipləri Birja əmtəələrinə dair hüquq və öhdəliklərin yaradılmasına, təsbit edilməsinə, xitam verilməsinə və ya dəyişdirilməsinə istiqamətlənmiş və birjanın binasında onun müəyyən edilmiş iş saatlarında satış iştirakçılarının həyata keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlərinə birja əqdləri deyilir. • əmtəə (daha doğrusu, onun nümunələri) təqdim olunmaqla edilən əqdlər; • fərdi əqdlər; • standart fyüçers (müddətli) əqdləri; • opsion əqdləri; • birjadankənar əqdlər – qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının və notariat orqanlarının birjadan kənarda qeydə aldığı əməliyyatlardır. Dünya təcrübəsinin inkişafı birja əqdlərinin əsas tipləri kimi aşağıdakıları müəyyən etmişdir: • Birja əqdləri əmtəə və fond aktivləri üzrə bağlanılır. Əqdin bağlanması qaydası birjanın özü tərəfindən müəyyən edilir. Birja əqdləri qaydalarının ümumi tələblərinə əqdin yazılı şəkildə bağlanılması tələbi aiddir. • Standart alqı-satqı müqaviləsində malın təqdim edilməsi tarixi, birja əmtəəsinin miqdarı, keyfiyyət göstəriciləri, tipi və növü, ödəmənin vaxtı, həcmi və forması, təqdim edilmənin şərtləri və tərəflərin məsuliyyəti əks olunur.
Birja stəkanı
"Birja stəkanı" (ing. DOM, Depth of Market) — qiymətli kağızların alqı-satqısı, törəmə alətlər, əmtəə və ya fond bazarı üzrə müqavilələr üzrə limit sifarişlər cədvəlidir (İngiliscə sifariş kitabı). Hər bir ərizədə qiymət (kotirovka) və səhmlərin sayı var. Birja bu məlumatları brokerlərə (ticarət nümayəndələrinə) göndərir, onlar onu treyderlərə (ticarət iştirakçılarına) ötürürlər. Sifariş kitabçası bazar qiymətindən yuxarı və aşağı hər bir qiymətə müqavilələr və ya səhmlərin alqı-satqısı üçün gözlənilən sifarişlərin ümumi sayını göstərir. Ticarət terminalının sifariş kitabçası müəyyən vaxtda bazarda tələb və təklifi qiymətləndirməyə imkan verir. Texniki analizdə, şüşə bir təhlükəsizliyin hərəkət etdiyi "ən az müqavimət xəttini" tanımaq üçün istifadə olunur. Hesab edilir ki, sifarişlər sürətlə yoxa çıxmağa başlasa, o zaman qiymət tezliklə eyni istiqamətdə hərəkət edə bilər. Müasir sifariş kitabları bərabər məsafəli sifarişlərin likvidliyinin balanssızlığını təhlil etməyə imkan verir — beləliklə, sifariş kitabının "həcm təhlili" tələb və təklif balanssızlığını, ən likvid qiymət səviyyələrini dəqiq qiymətləndirməyə imkan verir. Sifariş kitabında yalnız qiyməti elan edilmiş sifarişlər göstərilir.
Duz balansı
Duz balansı — müəyyən vaxt ərzində duz ehtiyatının torpaq-qruntda daxili və çıxarı nəticəsində qalınlığının dəyişmə kəmiyyətidir. Duz balansı aşağıdakı elementlerdən ibarətdir: 1. Duzun teyin olunmuş vaxtın əvvəlində və sonunda olan ehtiyatı 2. Bu vaxt ərzində duzun daxil olması 3. Bu vaxt ərzində duzun sərf olunması 1 m² torpaqda müəyyən dərinliyə və yaxud qrunt sularına qədər kq- la ölçülür. Suvarılan torpaqlarda t/ha-a hesablanır. Duz balansı 3 tipi var Stabil Şorlaşma Duzlaşma Torpaqda müxtəlif formada ayrılan duzlar. Bunlar bozartılar, xırda çillər, ağ tüklər, qırov duz və s. Torpaq qatında müəyyən qalınlıqda duz miqdarı. 1 kv.m-də kq-la yaxud t/ha ilə göstərilir.
Oksigen balansı
Oksigen balansı – fotosintez zamanı avtotrof orqanizmlərin ayırdığı və qismən yer qabığında gedən kimyəvi reaksiyalardan əmələ gələn oksigenin miqdarının heterotrof orqanizmlərin tənəffüs prosesində, üzvi və qeyri üzvi maddələrin oksidləşməsi zamanı sərf etdiyi oksigenin miqdarına nisbəti. Mühitdə həll olan (adətən suda) oksigenin miqdarının minimum dərəcəsi, bu həddə çatdıqda oksigenin çatışmazlığından hidrobiontlar məhv olur. OKSİGENƏ TƏLƏBAT – orqanizmin oksigenə tələbatının miqdarı (bütün canlı orqanizmlər üçün fərdi doza). Bitkinin fotosintezi ilə ayrılan oksigenin ekosistemin biosenoloji mühitinə verilməsi ilə başlayan proses. Sonra oksigen daxili dövrlə aerob orqanizmlərə, o cümlədən bitkilərə daxil olur (tənəffüs prosesində). Onun bir hissəsi mikroorqanizmlər tərəfindən ölü kütlənin oksidləşməsinə sərf olunur, digər hissəsi isə ekosistemin biosenoloji mühitindən xarici dövrə keçir. Yerüstü, xüsusilə dəniz bitkilərinin (plankton yosunları) fotosintezi nəticəsində hər il atmosferə təqribən 70 ⋅ 109 ton oksigen daxil olur (Larxer, 1978). Bu karbon qazının dövranı ilə sıx bağlıdır. Oksigenin atmosferdən suya daxil olması (soxulması).
Radiasiya balansı
Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Azərbaycanda radiasiya balansının və onun komponentlərinin tədqiqi ilə Ə. M. Şıxlinski məşğul olmuşdur. İlin isti və soyuq dövründə radiasiya balansının paylanma və yüksəklikdən asılılıq qanunauyğunluqlarıtədqiq edilmişdir Yer kürəsində radiasiya balansının və onun tərkib hissələrinin coğrafi paylanma xəritələri sovet alimləri M. İ. Budıko, T. Q. Berlyand və b. tərəfindən 1963-cü ildə " İstilik balansı" atlasında verilmişdir.
Su balansı
Su balansı — atmosferdə, yer kürəsində və onun ayrı-ayrı sahələrində suyun bütün gəlir və çıxarının nisbəti. Su balansı Yerdə su dövranının kəmiyyətcə ifadəsidr. Yerin su balansı bərabərliyi ilə səciyyələnir. Burada okeanların və qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı (1020 mm) okeanların və qurunun səthindən buxarlanmanın cəminə bərabərdir (müvafiq olaraq 880 mm, 140 mm). Çoxillik dövrdə hər hansı ərazi üçün su balansı qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı buxarlanma və həmin ərazidən olan axım miqdarının cəminə bərabər olur. Azərbaycan ərazisinin su balansında yağıntılar 427 mm, buxarlanma 308 mm, axım 199 mm (69 mm-i səth axımı, 50 mm-i yeraltı axım) təşkil edir.
Ticarət balansı
Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı. İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir. Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar. Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir.
Tədiyə balansı
Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir. Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdirilən istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır. Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir: 1) real resurslar maddələri üzrə ixrac, 2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar. Debet üzrə isə əksinə, 1) real resurslar maddələri üzrə idxal, 2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur. Başqa sözlə, aktivlər üçün onun real, yaxud maliyyə aktivi olmasından asılı olmayaraq müsbət rəqəm (kredit) onun ehtiyatlarının azalmasını, mənfi rəqəm (debet) isə artmasını əks etdirir. Müvafiq olaraq öhdəliklər üçün müsbət kəmiyyət artmanı, mənfi kəmiyyət isə azalmanı xarakterizə edir. Standart tədiyə balansının strukturu aşağıdakı kimidir: 1. Cari əməliyyatlar hesabı 1.1.
İstilik balansı
Yer səthində və atmosferada eyni zamanda istər qısa dalğalı (düz və səpələnən) və istərsə də uzun dalğalı (Yerin və atmosferanın şüalanması) radiasiya axınları müşahidə edilir. Deməli hər hansı bir anda yer səthində radiasiyanın gəliri və çıxarı vardır. Radiasiya balansı istilik balansının ən əsas üzvlərindən biri olub belə sadə düsturla idarə olunur: B=LE+V+P B — radiasiya balansı LE — buxarlanmaya sərf olunan istilik, V — səth örtüyü ilə hava arasında istilik mübadiləsi, P — torpaqda istilik axınıdır İstiliyin gəlir və çıxarına uyğun olaraq istilik balansı ünsürləri müsbət və ya mənfi kəmiyyətlərə malik ola bilər. Çoxillik nəticədə torpaqğın yuxarı təbəqələrinin və Dünya okeanının suyunun orta çoxillik temperaturası daimi hesab edilir. Ona görə də torpaqda və Dünya okeanında üfiqi və şaquli istilik mübadiləsi təcrübi olaraq sıfıra bərabər hesab edilir. Ümumiyyətlə bütün yer kürəsi üçün buxarlanmaya sərf olunan istiliyin illik miqdarı quru üçün 25, okean üçün 59 kkal/sm2-ə bərabərdir. Bu rəqəmlər quru və okeanın radiasiya balansının uyğun olaraq 51 və 82%-ni təşkil edir. Bu rəqəmlərdən aydın olur ki, il ərzində quru səthindən 41 sm, okeanların səthindən isə 100 sm su buxarlanır.
Maksimum qiymət (birja)
Maksimum qiymət — Səhmlərin bir satış seansı ərzində birjada alına biləcəyi ən yüksək qiymətdir. Hər bir səhm sənədi üçün qiymət və qiymət işarəsi nəzərə alınmaqla ayrıca hesablanır.
Cari əməliyyatlar balansı
Cari əməliyyatlar balansı — ölkənin tədiyə balansının mal və xidmətlərin ixracını və idxalını, investisiyalardan xalis gəliri və transfer ödənişlərinin xalis həcmini qeyd edən hissəsi. Cari əməliyyatlar qalığı — mal, xidmət və gəlir əməliyyatlarını əks etdirən tədiyə balansının hesabı. Cari ödəmə balansına mal və xidmətlərin ixracatı və idxalı, xarici investisiyalardan gələn gəlir və cari transfertlər daxildir. Balans hesabatı tərtib edildiyi dövrdə başa çatmış və sonrakı dövrlərdə təsiri tədiyə balansına təsir göstərməyən əməliyyatları əks etdirir. Hesab üç maddəyə (balans) bölünür: "Mallar və xidmətlər", "Gəlir" və "Cari köçürmələr". Cari əməliyyatlar balansı aşağıdakı kimidir. Cari əməliyyatlar balansı 1. Məhsullar və xidmətlər 1.1 Məhsullar 1.2 Xidmətlər 2. Gəlir 2.1 Ödəniş 2.2 İnvestisiyalardan gələn gəlir 3. Cari transfertlər Mallar və xidmətlər balansı malların və xidmətlərin ixracı və idxalı üçün daxilolmaların və ödəmələrin həcmini xarakterizə edir.
Gölün su balansı
Uels fiskal balansı
Uels fiskal balansı — Uelsdə dövlət gəlirləri və xərcləri arasında ümumi fərq. 1999-cu ildən 2022-ci ilə qədər Uelsdə dövlət xərclərinin vergi gəlirlərini aşması səbəbindən ölkədə mənfi fiskal balans var idi. 2018–2019 fiskal ili üçün fiskal kəsir Uelsin təxmin edilən ÜDM-nin təxminən 19,4 faizini təşkil etmişdir. Bütövlükdə Birləşmiş Krallıq üçün bu rəqəm 2 faizdir. Şərqi, Cənub-Şərqi İngiltərə və London istisna olmaqla, bütün Birləşmiş Krallıq ölkələri və regionlarında kəsir var. Uelsin adambaşına 4,300 funt sterlinq olan fiskal kəsiri adambaşına təxminən 5,000 funt sterlinq olan Şimali İrlandiya fiskal kəsirindən sonra iqtisadi rayonlar arasında ikinci ən yüksək olandır. Dublin Siti Universitetinin politoloqu Con Doylun fikrinə görə, müstəqil Uelsin "ilk günlərində" fiskal kəsir təxminən 2,6 milyard funt sterlinq olardı. Bu, 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr üçün orta hesabla 3,2%-ə bərabər olan ÜDM-in 3,4%-dən aşağısına bərabərdir. Kardiff Universitetində Uels İdarəetmə Mərkəzinin 2023-cü ildə apardığı araşdırma göstərir ki, kəsir "Müstəqil Uels üçün çətin iqtisadi perspektiv" deməkdir və burada konstitusiya müzakirələrinin fiskal reallıqları nəzərə almasını tövsiyə edilmişdir. Hesablamalar ardıcıl olaraq Uelsin Birləşmiş Krallıqdan köçürmələr hesabına maliyyələşən böyük və davamlı fiskal kəsirə malik olduğunu göstərir.
1929-cu il birja çöküşü
1929-cu ilin birja çöküşü — 24 oktyabr 1929-cu il Qara Cümə axşamı günü başlayan və Qara Cümə (25 oktyabr), Qara Bazar ertəsi (28 oktyabr) və Qara Çərşənbə axşamı (oktyabr) günlərində fəlakətli nisbətdə olan ABŞ səhmlərinin qiymətlərində kütləvi enişidir. Wall Street Crash kimi tanınan bu birja çökməsi Böyük Depressiyanın başlanğıcı idi. Çöküşdən əvvəl 1920-ci illərin ortalarında spekulyativ bum baş verdi, bu zaman çoxlu sayda adi amerikalı şirkətlərin iqtisadi göstəricilərinə deyil, səhm qiymətlərinin yüksəlməsinə əsaslanaraq səhmlər aldı. Artan tələb qiymətləri şişirdi, bu da səhmlərdə spekulyasiya etməklə varlanmaq istəyən daha çox sakini cəlb etdi. Bu, iqtisadi köpüyün yaranmasına səbəb oldu. Eyni zamanda, bir çox amerikalılar əvvəllər alınmış qiymətli kağızların təminatı qarşılığında banklardan lazımi vəsaiti borc alaraq kreditlə səhmlər alırdılar. 1929-cu il sentyabrın 3-dən başlayaraq 381,17 pik həddinə çatan Dow Jones sənaye orta indeksi düşməyə başladı. Cümə axşamı, 24 oktyabr 1929-cu il, indeks artıq sentyabr ayı ilə müqayisədə təxminən 20% itirdi və 305,85 ətrafında idi. Birjanın açılışından əvvəl də çaxnaşma yaranmışdı, çünki artıq əvvəlki gün indeks 4,6% aşağı düşüb. Açılışla panika daha da gücləndi.
Ölkələr üzrə ticarət balansı siyahısı
İxrac-idxalın xarici ticarət balansında olan ölkələrin (əyalətlər, asılı ərazilər) siyahısı təqdim olunur